|
Qrandmaster Davudun Kung Fu tə'limi iki onilliyi və iki qitəni əhatə
edir, yeniyetmə çağı Azərbay-canda, sonralar Çində və Küveytdə və hazırda
yenidən Azərbaycanda. O, Şaolinin Şimali Uzun Yumruq, 18 heyvan və
18
silah stillərinə yiyələnmişdir. Bu vərdişlərə malik olaraq, qrandmas-ter
Davud vahid Kung Fu Coriyo formlarını yarat-mışdır. O, Azərbaycan Coriyo
Kung Fu Federasi-yasının 1993-cü ildən tə'sisçisi, prezidenti, baş
məşqçisidir və müxtəlif ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir. O,
2000-ci ildə Beynəlxalq Qrandmaster Komitəsi tərəfindən əlbəyaxa döyüş
növləri üzrə Qrandmaster dərəcəsinə layiq görülmüşdür. Qrandmaster Davud
Küveytdə yerləşən Küveyt Kung Fu Mərkəzinin 2001 - ci ildən təsisçisi və baş
məşqçisidir. O,
2004-cü ildə 34 ölkə arasında keçirilən sorğu əsasın-da Beynəlxalq Kung Fu
Federasiyasının (IKF) prezidenti seçilmişdir.

Rəşad Mahmudzadə
6 yaşında 15 iyun 2006-cı ildə Küveyt Kung Fu Mərkəzində qara kəmərə layiq
görülmüşdür

| |
| |
Azərbaycan Coriyo Kung Fu Federasiyası (ACKF)
Qrandmaster Davud Mahmudzadə tərəfindən tə'sis edilmişdir. O,
Azərbaycan Respublikası İdman Nazirliyinin tövsiyyəsi ilə Azərbaycan
Respublikası Ədliyyə Nazirliyində 10 dekabr 1993-cü ildə
qeydiyyatdan keçmişdir. ACKF-nin təlim proqramı və dərəcə sistemi Beynəlxalq Kung Fu
Federasiyası (IKF) tərəfindən tanınır. Əsas məqsədi Azərbaycanda
Kung Funu inkişaf etdirmək, Kung Fu və Tai Chi üzrə tə'lim kursları
keçirmək, milli və beynəlxalq kung fu turnirləri təşkil etmək və
milli yığma komandamızın hər il Beynəlxalq Kung Fu Federasiyası
tərəfindən keçirilən Dünya Kung Fu və Tai Chi Çempionatında
iştirakını tə'min etməkdir. |
| |
| Kung Fu və Tai Chi
Tə'limi |
| ACKF Beynəlxalq
Kung Fu Federasiyası tərəfindən tanınan Kung Fu formları və heyvan
stilləri üzrə Kung Fu və Tai Chi üzrə tə'lim kursları keçirir. Tə'lim ünvanı:
1) 2 saylı tibb texnikumu, Yasamal, Şərifzadə 204, 1, 3, 5-ci günlər saat 18:30 - 20:00
2) Xəzər Universiteti, Neftçilər metrosunun yaxınlığında, 2, 4, 6-cı günlər saat 18:00 - 20:00
3) Nabran istirahət zonası, iyul-avqust aylarında idmançılar və hakimlər üçün beynəlxalq treninq |
| |
| Kung Fu nədir? |
|
Kung-Fu məktəbinin ən vacib
elementi insanlardır - müəllim və tələbələr. İnsan olmadıqda sənət
məhv olur. Bu məktəbdə müəllimlə tələbələr arasındakı münasibət
digər hər hansı müəllim və tələbə arasındakı münasibət kimi
deyildir. |
| |
|
| Tai Chi nədir? |
|
Tai Chi (Taijiquan) sağlamlıq üçün
müntəzəm həyata keçirilən, xəstəliyi müalicə edən və aradan
qaldıran, yaşlanmanın qarşısını alan və həyatı uzadan çalışmalardır.
Onun insan sağlamlığına böyük dəyəri praktika və təhqiqatlarla sübut
edilmişdir. Tai Chi-də ləng və zərif hərəkətlər əzm və qüdrətlə
əhatə olunur. Onun texniki, fizioloji və mexaniki kefiyyətlərinin
fəlsəfi əsası vardır. |
| |
|
| Zen nədir? |
|
Zen bir həqiqi hiss və həqiqi enerji
mənbəyidir. Zen ele bir mə'nəvi enerjidir ki, həqiqəti axtaranlar
onu hiss etməklə yanaşı, onun enerjisindən istifadə etməyə
başlayırlar. Həyat bir enerji qüvvə ilə hidayət olunur. Hidayət
olmadığı halda həmin şəxs üçün həyat da yoxdur. |
| |
| Kungfuda bizim qəbul etdiyimiz Zen
|
|
Gəlin Zeni idrak sektorunda nəzərdən
keçirək. Əsas məqsədimiz o Zeni qəbul etməkdir ki, şad və firafan
insanları qane edir, eyni zamanda, onları cəfəngiyyat adlanan
qeyri-mövcudluga sürükləmir.. Biz Zeni bir həyat kimi qəbul edirik
və ya başqa sözlə, Zen yaşayış metodudur. |
| |
| Kung Fuda Dərəcə |
| Kung Funun
dərəcə sistemi 17 pillədən ibarətdir. |
| |
| Turnirlər / Çempionatlar
|
ACKF milli və beynəlxalq turnirlər
təşkil edir. Federasiyanın yığma komandası hər il qitə ve dünya çempinatlarında vətənimizi layiqincə təmsil edirlər.
2007-ci il Dünya Kung Fu Cempionatının qalibləri: Babək Əliyev, Əli Mirələkbərov, Fərid Mayılov, Anar Lalayev
2009 Dünya Kung Fu kubokunun qalibləri: Araz Abdulov, Ceyhun Əliyev, Veysəl Qənbərov, Bəhruz Həsənov, Babək Əliyev, Fərid Mayılov, Mustafa Məmmədov, Anar İmanov
2010 Dünya Kung Fu Çempionatı on 15, 16, 17 October in Kayseri, Turkey
|
|
| Kung Fu Şəkilləri |
| Qrandmaster
Davudun şəkilləri müxtəlif Kung Fu heyvan və silah stillərini əhatə
edir. Foto qalereyaya baxın |
| |
| Küveyt Kung Fu Mərkəzi |
| Qrandmaster
Davud Küveyt Kung Fu Mərkəzinin təsisçisi və baş məşqçisidir. Küveyt Kung Fu Mərkəzi |
| |
| Master Davuda suallarınızı verin
|
Qrandmaster Davud Kung Fu və Tai Chi üzrə beynəlxalq ekspertdir. Siz Kung Fu və Tai Chi ilə əlaqədar istənilən sualı Qrandmaster Davuda yaza bilərsiniz. E-mail: grandmaster_dm@hotmail.com |
| |
|
Dayaq Kung Fu Klubu
Xəzər Kung Fu Klubu
Şəmkir Kung Fu Klubu
Kuwait Kung Fu Mərkəzi
Tel: (050) 4450072
E-mail: kungfu11@hotmail.com |